Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb ölüb.
Moderator.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Rayonun Tbilisi prospektində Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Həsən Faiq oğlu Xəlilov idarə etdiyi skuterdən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş H.Xəlilov orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.