Azərbaycanlı aktyor Kamran Ağabalayev rol aldığı “Трудно быть богом” (“Tanrı olmaq çətindir”) adlı yeni beynəlxalq kino layihəsinin premyerasında iştirak edib.
 




Moderator.az xəbər verir ki, premyeradan görüntülər sosial şəbəkədə paylaşılıb.
 
“Tanrı olmaq çətindir” filmi Arkaadi və Boris Struqatski qardaşlarının məşhur elmi-fantastik eyni adlı romanına əsasən çəkilib və layihə Rusiyanın ən çox gözlənilən yeni ekran işlərindən biri hesab olunur. 
 
Kamran filmdə “Aifa” obazını canlandır. “Aifa” “Tanrı olmaq çətindir” romanında mühüm obrazlardan biridir.
 
“Tanrı olmaq çətindir”in ilk seriyalarının 3 sentyabr 2026-cı ildə “Wink” platformasında təqdim edilməsi planlaşdırılır. Aktyorun iştirakı isə Azərbaycan kinosunun nümayəndələrinin beynəlxalq layihələrdə görünməsi baxımından diqqət çəkir.