Honda Çin avtomobil istehsalçılarının, xüsusilə elektrikli avtomobil bazarında artan rəqabətinə qarşı mübarizə aparmaq üçün genişmiqyaslı xərc azaltma planı hazırlayıb.


Moderator.az xarici mediaya istinadla xəbər verir ki, şirkət 2030-cu ilə qədər xərcləri təxminən 1,5 trilyon yen (9,4 milyard dollar) azaltmağı hədəfləyir. Honda bu məqsədlə təchizatçılardan bir sıra avtomobil komponentlərinin qiymətlərini təxminən 30 faiz aşağı salmağı tələb edir.






Honda eyni zamanda elektrikli avtomobillərlə bağlı ümumi itkilərinin 12 milyard dolları keçəcəyini gözləyir. Bu səbəbdən şirkət hazırda hibrid avtomobillərə daha çox diqqət yetirir.


Bundan başqa, Honda təchizatçılarını Çin istehsalı olan komponentlərdən daha geniş istifadə etməyə təşviq edir. Şirkət bu addımlarla Çin avtomobil istehsalçılarının, o cümlədən BYD-nin, Cənub-Şərqi Asiya, Latın Amerikası və Avropa bazarlarında artan təsirinə qarşı rəqabət qabiliyyətini qorumağa çalışır.


Honda və Nissan isə proqram təminatı ilə idarə olunan avtomobillər üçün standart elektron idarəetmə bloklarının hazırlanması istiqamətində də əməkdaşlıq etməyi planlaşdırır.