İlham Əliyevdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN
02 Sep 2026, 14:25 2 baxış 1 dəq oxuma
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla İdarə Heyətinin vəzifələri artırılıb. Belə ki, bundan sonra İdarə Heyəti artıq İdarənin işçilərinə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyən edəcək.