Azərbaycan Dövlət Pantomim Teatrına yeni quruluşçu rejissor təyin olunub.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Əmrə əsasən, Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədov) Azərbaycan Dövlət Pantomim Teatrının quruluşçu rejissoru vəzifəsinə təyin edilib.