Qulamhüseyn Əlibəyli: “BMT Təhlükəsizlik Şurasının qərarlarının icra mexanizminin yaradılmasına ciddi ehtiyac var”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “ŞƏT plyus” sammitindəki çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının qərarları ilə bağlı icra mexanizminin yaradılmasının zəruruliyinə toxunub. Dövlət başçısı qeyd edib ki, bu təşəbbüsün reallaşması BMT-nin nüfuzunun yüksəlməsi, təşkilatın beynəlxalq münaqişələrin həllindəki rolunun artması baxımından mühüm önəm kəsb edir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli Prezident İlham Əliyevin məlum təklifinin əhəmiyyətinə toxunub:
“Əslində BMT-də islahatların vaxtı çoxdan çatıb. Çünki BMT-nin məlum nizamnaməsi müasir dünyamızın təhlükəsizlik arxitekturasını lazımi şəkildə formalaşdırmağa imkan vermir. Halbuki, BMT-nin yaradılmasıdna əsas məqsəd məhz bu idi.
Hesab edirəm ki, Prezident İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının icrası mexanizminin yaradılması il bağlı təklifi olduqca önəmlidir. Bu, BMT-nin dünyadakı nüfuzunu artırmaqla yanaşı, beynəlxalq aləmdəki mövcud problemlərin də praktiki şəkildə həllinə ciddi təsir göstərər.
Düşünürəm ki, Azərbaycanın dövlət başçısnın bu təklifi beynəlxalq miqyasda ciddi dəstək görəcək, müsbət qarşılanacaq”.
Seymur ƏLİYEV