Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Lionel Messinin millidə karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı yarımmüdafiəçi Niko Pasa həvalə etməyi planlaşdırır.


Moderator.az bildirir ki, bu barədə "ESPN Argentina"nın jurnalisti və insayderi Federiko Bueno məlumat verib.






Onun sözlərinə görə, İtaliyanın "Komo" klubunun 21 yaşlı yarımmüdafiəçisi milli komandanın digər ulduz oyunçularını qabaqlayaraq bu rol üçün əsas namizəd seçilib.



Xatırladaq ki, Lionel Messi 17 il ərzində Argentina millisində 10 nömrəli forma ilə çıxış edib. O bu formanı ilk dəfə 2009-cu ilin martında geyinib. Həmin vaxt komandaya Dieqo Maradona rəhbərlik edirdi.