Azərbaycan avarçəkəni Nurlan Paşayev Polşanın Kruşvitsa şəhərində 23 yaşadək idmançılar arasında akademik avarçəkmə üzrə Avropa çempionatında iştirak edəcək.


Bu barədə Moderator.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.






Azərbaycan Su İdman Növləri Federasiyasının bir idmançı ilə təmsil olunacağı qitə çempionatı sentyabrın 3-dən 7-dək keçiriləcək.