ABŞ Silahlı Qüvvələri sentyabrın 1-nə keçən gecə Hörmüz boğazında 28 gəmini sıradan çıxarıb.
Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Lt. Dan" podkastının müəllifi Den Patrikə müsahibəsində bildirib.
"İran heç vaxt nüvə silahına sahib olmayacaq. Hazırda biz Hörmüz boğazına nəzarət edirik. Biz ona nəzarət edirik. Dünən gecə 28 qayıq, 28 gəmi məhv etdik. Onlar (İran - red.) heç nə əldə etmirlər, biz isə gəmiləri məhv etdik", - deyə dövlət başçısı bildirib.
Avqustun 31-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) - əsasən Yaxın Şərq və Şimali Afrikanı əhatə edən əməliyyat zonasına cavabdeh qurum - ABŞ hərbçilərinin İran ərazisinə endirdiyi zərbələrin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında minalar yerləşdirməsinin qarşısını almağa yönəldiyini bildirmişdi.
Ehtimal olunur ki, amerikalı lider boğazda mina yerləşdirən gəmiləri nəzərdə tutub.