"Ayın 13-nə düşən cümə" (Friday the 13th, 1980-2009) qorxu filmləri franşizasının süjetinin hazırlanmasında iştirak edən amerikalı ssenarist Viktor Miller 86 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə onun oğlu İan Miller "Variety" jurnalına məlumat verib.
Onun sözlərinə görə, Viktor Miller avqustun 31-də Kaliforniya ştatının Alameda şəhərində vəfat edib.
Ssenarist yalnız qorxu janrında çalışmayıb. Onun yaradıcılığına "Bir ömür yaşamaq" (One Life to Live, 1968-2012), "Başqa dünya" (Another World, 1964-1999) və "Bütün övladlarım" (All My Children, 1970-2011) kimi Amerika melodramları da daxildir.
"Variety"nin məlumatına görə, sonuncu serialın ssenarisi üç "Emmy" mükafatına layiq görülüb.