Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın tezliklə Avropa İttifaqına qoşulmaq istəyini itirəcəyinə əminliyini bildirib.
 




Moderator.az xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.
 
“İqtisadi baxımdan Avropa İttifaqı bir çox amillərə, o cümlədən axmaqlığına, bəlkə də uzaqgörənliyinə görə üstünlüklərini itirir. Ölkələr - serb dostlarımız və indi də erməni tərəfdaşlarımız - ətalətə görə Aİ üzvlüyünə can atmağa davam edirlər. Əminəm ki, bu istək onlarda çox tezliklə yox olacaq”, - deyə Lavrov Şərq İqtisadi Forumundakı çıxışında  bildirib.
 
O, qeyd edib ki, Avropa İttifaqı bu gün bütün iqtisadi üstünlüklərini "boşa sərf edir"...
 
S.Laçın