ABŞ Quru Qoşunlarının (ordusunun) yenilənməsi prosesi hərb naziri Pit Heqsetin fəaliyyəti səbəbindən ləngiyir.
 




Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, bu vəziyyət ordu naziri Daniel Driskollun istefası ilə nəticələnib.
 
Mənbələrin məlumatına görə, Driskoll Heqsetin ordu islahatları və döyüş qabiliyyəti üzrə məsul generalları vəzifədən uzaqlaşdırmaq qərarlarından ciddi narahatlıq keçirib. CNN-in bir sıra mənbələri Driskollun mövqeyini dəstəkləyərək təsdiqləyiblər ki, Pentaqon rəhbəri dronların rolunun artdığı XXI əsrin müharibə şərtlərinə quru qoşunlarının uyğunlaşdırılmasına əngəl törədir.
 
Bunun əvəzinə, Heqset hərbçilər arasında özünəməxsus "amerikalı döyüşçü" imicinin qorunmasına və həqiqi hərbi ruhun bərpasına xüsusi önəm verir. CNN vurğulayır ki, nazir onun yanaşması ilə razılaşmayan hərbi rəhbərlik nümayəndələrini vəzifələrindən kənarlaşdırmağa çalışır.