Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 




Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
 
1985-ci il təvəllüdlü Rəşad Nəcəfov marketin qarşısında dayanarkən yüksək sürətlə hərəkət edən avtomobil onu vurub.
 
Hadisə nəticəsində R.Nəcəfov müxtəlif sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. /Sfera.az/