Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi başa çatdı - YENİLƏNİB
03 Sep 2026, 12:47 2 baxış 1 dəq oxuma
Əməkdar artist Züleyxa Hacıyeva ilə Təzə Pir məscidində keçirilən vida mərasimi başa çatıb.
Moderator.az xəbər verir ki, vida mərasimində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, televiziya əməkdaşları, ictimai şəxslər və mərhumun yaxınları iştirak ediblər.
12:30
Əməkdar artist Züleyxa Hacıyeva ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Moderator.az xəbər verir ki, vida mərasimində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, televizya əməkdaşları, bir çox ictimai şəxslər və mərhumun yaxınları iştirak edirlər.
Qeyd edək ki, Züleyxa Hacıyeva ötən gün axşam saatlarında 103 yaşında vəfat edib.