"AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Çinin "Universal Energy" şirkətinin baş icraçı direktoru Yi Nan arasında görüş keçirilib.
 




Bu barədə Moderator.az-a "AzerEnerji"dən məlumat verilib.
 
Bildirilib ki, görüş zamanı bərpa olunan enerji sahəsində əməkdaşlıq, Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti, eləcə də əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
 
Tərəflər enerji sektorunda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, əməkdaşlığın genişləndirilməsi istiqamətində imkanları nəzərdən keçiriblər.