Ərzurum ilinin Horasan rayon sakini,  5 övladı və 43 nəvəsi olan Hacı Kırmaç uzun bığları ilə diqqət çəkib. 
 




Moderator.az "Unikal"a istinadən xəbər verir ki, babasından atasına, atasından ona keçən bığ sevgisini davam etdirən Kırmaç, 1980-ci illərdə televiziyada bığ yarışmasını izlədikdən sonra bığlarını daha da uzatmaq qərarına gəlib.  
 
İllər ərzində rayonun tanınmış simalarından birinə çevrilən və "Horasanlı Pala" ləqəbi ilə tanınan Kırmaç, 70 ildir məşğul olduğu bərbərlik peşəsini oğlu ilə birlikdə işlətdiyi dükanda davam etdirir. 
 
Bığlarına qulluq etməsinin sirrini heç vaxt bölüşməyən 80 yaşlı Kırmaç, iş yerinin qarşısında oxuduğu şeirlər və xalq mahnıları ilə bəzən vətəndaşların diqqətini cəlb edir.
 
Hacı Kırmaç bildirib ki, bığ saxlamaq keçmişdə daha geniş yayılmış və populyar bir ənənə olub.