Milli Məclisin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvləri Azərbaycanda səfərdə olan ATƏT PA-nın prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüblər.


Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.






Milli Məclisin deputatı və ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qaya Məmmədov Cənubi Qafqazda sülh prosesi, regional iqtisadi imkanlar və beynəlxalq dialoqun əhəmiyyəti barədə danışıb. O, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasının tarixi bir nailiyyət olduğunu vurğulayıb.


Görüşdə iştirak edən Milli Məclisin deputatları, ATƏT-in PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri - Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev Cənubi Qafqazda yaranan yeni geopolitik reallıqlar və regional nəqliyyat-logistika layihələri barədə fikirlərini bölüşüblər.


ATƏT PA-nın prezidenti Pere Joan Pons Sanpietro regional sülh quruculuğu prosesini yüksək qiymətləndirərək, təşkilatın yeni geopolitik reallıqlara uyğunlaşmasının və regionda dayanıqlı sülhün dəstəklənməsinin vacibliyini qeyd edib.