Qusar rayonunda təcili tibbi yardım maşını qəzaya uğrayıb.


Moderator.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün şəhərin mərkəzi hissəsində baş verib. Şabran rayonundan Qusar rayonundakı özəl xəstəxanalardan birinə xəstə gətirən təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşub.






Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.


Faktla bağlı araşdırma aparılır.