Ukrayna Prezidenti Volodimir Zelenski Peru Prezidenti Keiko Fujimori ilə dron texnologiyası və ölkələr arasında ticarəti müzakirə edib.


Moderator.az xəbər verir ki, bu barədə o, "Facebook"da məlumat yayıb.






Zelenski qeyd edib ki, həmkarına Ukraynanın hazırladığı və gündəlik istifadə etdiyi dron texnologiyaları və avadanlıqları, o cümlədən Rusiya zərbələrinin nəticələrini aradan qaldırmaq və insanlara kömək etmək üçün istifadə etdiyi avadanlıqlar barədə məlumat verib.


“Bütün bunlar fövqəladə hallarda və ya sərhədlərin qorunması üçün eyni dərəcədə effektiv şəkildə işləyə bilər. Biz həmçinin ölkələrimiz arasında ticarəti müzakirə etdik: üzərində işləniləcək bir şey var və gözləyirəm ki, bu istiqaməti gücləndirəcəyik. Dialoqu komanda səviyyəsində və şəxsən davam etdirmək barədə razılığa gəldik”, - deyə Zelenski bildirib.