Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.
Moderator.az-ın məlumatına görə, 29 yaşlı hücumçu Polşa çempionatının V turunda "Qurnik"ə qarşı keçirilən ev oyununda fərqlənib.
Start heyətində meydana çıxan Mahir Emreli 79-cu dəqiqədə komandasının 0:2 hesabı ilə geridə olduğu matçda fərqi azaldıb.
Bu, Azərbaycan millisinin üzvünün "Rakuv"dakı altıncı qolu olub.
Qarşılaşma hazırda davam edir.
Qeyd edək ki, Mahir Emreli bu il iyulun 17-də "Rakuv"a keçib.