Amerikalı reper P.Diddinin (əsl adı - Şon Kombs) həbs müddəti azaldılıb.


Moderator.az bildirir ki, bu barədə "RIA Novosti" agentliyi ABŞ həbsxanalarının məlumat bazasına istinadən xəbər verir.






Sənətçinin azadlığa buraxılma tarixi 2028-ci il fevralın 5-i göstərilib, halbuki daha əvvəl bu, fevralın 20-nə planlaşdırılmışdı.


Xatırladaq ki, 2025-ci il oktyabrın əvvəlində Nyu-York məhkəməsi reperi dörd il iki ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu fahişəliyə cəlb etmək məqsədilə insanların daşınması üzrə iki epizod üzrə təqsirli bilib.