Böyük Britaniya hərbçilərinə vəsaitə qənaət etmək məqsədilə 90-dan çox hərbi qulluqçunun iştirakı ilə planlaşdırılan bütün təlimləri ləğv etmək əmri verilib.


Moderator.az "The Times" nəşrinə istinadən xəbər verir ki, bu barədə yüksəkrütbəli hərbi mənbə bildirib.






Onun məlumatına görə, məhdudiyyətlər təxminən 30 milyon funt sterlinq (40,6 milyon dollar) qənaət etməyə imkan verəcək.


Qəzetin yazdığına görə, irimiqyaslı ordu təlimləri, o cümlədən Uelsdə "Challenger 2" tanklarının və "Apache" zərbə helikopterlərinin iştirakı ilə altı həftəlik döyüş atışları ləğv edilib.


"The Times" indiki vəziyyəti neft böhranı fonunda Britaniya Silahlı Qüvvələrinə yanacaq xərclərini 10 % azaltmaq barədə göstəriş verildiyi 1973-cü illə müqayisə edib. Nəşrin qiymətləndirməsinə görə, hazırkı məhdudiyyətlər daha ciddidir.