ABŞ Konqresinin Senatında hakim Respublikaçılar Partiyasının liderləri müharibə naziri Pit Heqsetin kadr siyasəti, İranla müharibəyə yanaşması və bu savaşın maliyyələşdirilməsi üçün demokratların dəstəyini əldə etməyə cəhd göstərməməsindən narazılıqlarını bildirirlər.
Moderator.az xəbər verir ki, bu barədə "The Hill" mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Heqsetlə nüfuzlu respublikaçılar arasındakı gərginlik bu payız - ABŞ administrasiyası İranla müharibənin artan xərclərini qarşılamaq üçün konqresdən 70 milyard dollardan çox vəsait ayrılmasına nail olmağa çalışarkən kulminasiya nöqtəsinə çata bilər.
Respublikaçılar Pentaqon rəhbərindən ordu naziri Den Driskollun və qurumun rəhbərliyinin digər nümayəndələrinin istefası haqqında əlavə məlumat tələb etmək niyyətindədirlər.
Bəzi respublikaçı qanunvericilər Heqseti səriştəsizlikdə ittiham edir və ABŞ Prezidenti Donald Trampı onu istefaya göndərməyə çağırırlar.