İsrail ordusu Livanın cənubundakı Hizbullahın dayaq nöqtəsinin yerləşdiyi Əli əl-Taher yüksəklikləri üzərində nəzarəti ələ keçirib.


Moderator.az xəbər verir ki, bu barədə İsrail hərbi mənbəyi "Sky News Arabia"ya bildirib.






Onun sözlərinə görə, bu dağlıq bölgə yaraqlılardan tamamilə təmizlənib. Mənbə qeyd edib ki, yeraltı hərbi infrastrukturun minalardan təmizlənməsi başa çatıb.