Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək.
 




Moderator.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
 
“Qəbələ” “İmişli”ni qəbul edəcək. Oyunu Rauf Cabbarov idarə edəcək.
 
Günün digər oyunu “Kəpəz”lə “Şamaxı” arasında baş tutacaq. Gəncədə keçiriləcək matçın baş hakimi Vüqar Həsənli olacaq.
 
“Sabah” – “Zirə” və “Neftçi” – “Şəfa” oyunları sabah, “Turan Tovuz” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” görüşləri sentyabrın 6-da keçiriləcək.

Misli Premyer Liqası

4-cü tur


4 sentyabr


“Qəbələ” – “İmişli”

Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.

Qəbələ şəhər stadionu, 18:00.


“Kəpəz” – “Şamaxı”

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.

Gəncə şəhər stadionu, 20:15.