Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, hadisə sentyabrın 3-də baş verib.
 
2000-ci il təvəllüdlü Seyidov Tehran İlham oğlu idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
 
Nəticədə avtomobil yolun sağ tərəfindəki ağaca çırpılıb.
 
Qəza zamanı avtomobilin ön oturacağında əyləşən 1981-ci il təvəllüdlü Qasımov Eşqin Məhərrəm oğlu hadisə yerində ölüb.
 
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.