Bəzən insan hansısa ölkəyə yaşamaq üçün gedir, amma illər keçdikcə həmin ölkə onun həyatının ən önəmli bir hissəsinə çevrilir. Nigeriyalı müğənni Josephin də Azərbaycan hekayəsi elə başlayıb. Nigeriyadan Naxçıvana, tələbəlikdən səhnəyə qədər uzanan bu hekayənin ən maraqlı tərəflərini onun özündən dinlədik.
 




Moderator.az xəbər verir ki, Oxu.az-ın növbəti qonağı "Səs Azərbaycan" mahnı müsabiqəsinin iştirakçısı, nigeriyalı müğənni Joseph Uwezele Okpamendir (Jozef Uvezele Okpamen).
 
Joseph Azərbaycanda keçirdiyi 6 ildən, ölkəmizə gəlişindən, Azərbaycan dilinə münasibətindən, Naxçıvan xatirələrindən, "Səs Azərbaycan" təcrübəsindən, həkimlik və musiqi arasında seçimindən, azərbaycanlıların xüsusiyyətlərindən və iki xalq arasında gördüyü fərqlərdən danışıb.
 
Videomüsahibəni təqdim edirik: