Fransalı hücumçu Cillian N'Qessan İngiltərənin "Liverpul" komandası ilə müqavilə imzalayıb.
 




Moderator.az bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
 
Məlumata görə, "Liverpul" "Sent-Etyen"dən olan Cillian N'Qessanla müqavilənin imzalanması barədə razılığa gəlib, eyni zamanda, fransalı futbolçu yanvar ayında rəsmi olaraq kluba daimi əsasda qoşulacaq. 18 yaşlı idmançı 2026/27 mövsümünün qalan hissəsini icarə hüququ əsasında 1-ci Liqanın "Brest" klubunda keçirəcək.