Türkiyənin Iğdır vilayətinin valisi və xanımının Azərbaycan musiqisinin sədaları altında rəqs etdiyi görüntülər sosial şəbəkələrdə diqqət çəkib.
Tədbir zamanı cütlük "Qarabağ" mahnısının ifası zamanı rəqs edib. Onların musiqinin ritminə uyğun səmimi rəqsi tədbir iştirakçılarının da marağına səbəb olub.
Vali və xanımının Azərbaycan mahnısına ürəkdən rəqs etdiyi anları əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Video qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər alıb. İstifadəçilər paylaşımın altında xoş sözlər yazaraq bu görüntüyə münasibətlərini bildiriblər.