Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne limanı sahillərində batan "FiloJet" sərnişin gəmisində ölənlərin sayı artıb.


Moderator.az "TRT Haber" nəşrinə istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel mətbuat konfransında məlumat verib.






Ünal Üstelin sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı daha iki nəfərin cəsədi tapılıb və bununla da ölənlərin sayı 12-yə çatıb. Ünal Üstel son işlər nəticəsində daha iki qadının cəsədinin tapıldığını bildirib.


"Daha iki qadının cəsədi tapıldı. Beləliklə, 554 metr dərinlikdən çıxarılan cəsədlərin sayı 4-ə çatdı. Ölənlərin sayı 12 oldu", - deyə o qeyd edib.


O, "TCG Işın" və "TCG Alemdar" gəmilərinin hadisə yerində axtarış-xilasetmə əməliyyatlarına qoşulduğunu və əməliyyatların 554 metr dərinlikdə fasiləsiz şəkildə davam etdiyini xatırladıb.


"Qalıqlar 554 metr dərinlikdədir və bu dərinlikdə aparılan axtarış işlərinə insanlar enə bilmir. Tamamilə robototexniku işlər vasitəsilə həyata keçirilir", - deyə o əlavə edib.


Üstel itkin düşmüş 16 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini nəzərə çatdırıb.