İndoneziyada 5.2 bal gücündə zəlzələ qeydə alınıb.


Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.






Seysmoloqların hesabatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 12:05-də (Bakı vaxtı ilə 09:05-də - red.) Yava adasının sahil sularında baş verib. Zəlzələnin episentri təqribən 236 min əhalisi olan Purvokerto şəhərindən 71 kilometr aralıda olub. Yeraltı təkanların ocağı isə 79 kilometr dərinlikdə yerləşib.


İtki və dağıntı barədə məlumat daxil olmayıb.