Çin Xalq Respublikasının lideri Si Cinpini 24 sentyabrda Vaşinqtona səfəri zamanı böyük bir işgüzar nümayəndə heyəti müşayiət edəcək.


Moderator.az xəbər verir ki, bu barədə “Reuters” məlumat məlumat yayıb.






Qeyd olunur ki, ABŞ-nin Çin investisiyalarına şübhə ilə yanaşması və Pekinin özəl sahibkarlarla gərgin əlaqələri nəzərə alınmaqla, bu, qeyri-adi bir addımdır.


Mənbənin sözlərinə görə, bu addım qismən Çinin ABŞ ilə investisiya və ticarət əlaqələrini qorumaq istəyini göstərməklə yanaşı, Ağ Evə ara seçkilərindən əvvəl bəzi potensial "iqtisadi qələbələr" təklif etmək məqsədi daşıyır.


Si Cinpinin nadir hallarda korporativ rəhbərlərlə xaricə səyahət etməsi ilə tanınır və onların çoxu Pekin 2020-ci ildə texnologiya, təhsil və daşınmaz əmlak sektorlarında tənzimləyici tədbirlər tətbiq etməyə başladıqdan sonra populyarlığını itirib.


Eyni zamanda, Çin şirkətləri son illərdə ABŞ-dakı investisiyaları və biznes əməliyyatları ilə bağlı daha çox nəzarət altındadırlar. Məsələn, Vaşinqton Çin elektrik avtomobillərinin idxalına 100% tarif tətbiq edib, xarici dronların, routerlərin və robotların idxalını qadağan edib və "TikTok" video platformasını Amerika bölməsinin idarəçiliyindən imtina etməyə məcbur edib.