“İranın cavab zərbələrində təkcə ABŞ bazaları deyil, ölkədəki mülki yaşayış məntəqələri də hədəf alınıb”.


Moderator.az xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.








O bildirib ki, İran raketlərinin mülki, kommersiya və yaşayış ərazilərinə də düşməsi nəticəsində 16 nəfər yaralanıb və dağıntılar qeydə alınıb. Daha sonra davam edən hücumlarda, o cümlədən bir uşağın da olduğu 3 nəfər yaralanıb.


Qətər İranın Ras Laffandakı qaz obyektinə hücumunu da rəsmən sənədləşdirib və ölkənin münaqişənin tərəfi olmadığını vurğulayıb.


İran isə hücumlarda yalnız Qətərdəki ABŞ bazalarının hədəf alındığını, mülki şəxslərin hədəf olmadığını deyərək deyilənləri təkzib edir.