Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla telefon danışığı zamanı Ermənistan tərəfinin MDB üzv dövlətlərinin Dövlət Başçıları Şurasının iclasında fəal iştirak edəcəyini təsdiqləyib.


Moderator.az xəbər verir bu barədə Türkmənistan televiziyası məlumat yayıb.






İclas bu ilin oktyabr ayında Türkmənistanda keçiriləcək.


Mənbənin məlumatına görə, liderlər arasında söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Berdiməhəmmədov Türkmənistanın MDB-yə sədrliyi çərçivəsində Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının zirvə görüşünün oktyabrın 9-da Avaza milli turizm zonasında keçiriləcəyini qeyd edib və Paşinyanı iclasda iştirak etməyə dəvət edib.


Baş nazir Nikol Paşinyan dəvətə görə minnətdarlığını bildirərək, Türkmənistanın regionda davamlı inkişafın gücləndirilməsinə yönəlmiş xarici siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəkləndiyini qeyd etdi və Ermənistanın sammitdə fəal iştirak edəcəyini bildirib.