İran İordaniyadakı ABŞ hərbi obyektlərinə ballistik raketlərlə hücum həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
Agentliyin iddiasına görə Ərəb Körfəzi dövlətləri və İordaniya İran raketləri və pilotsuz təyyarələrinin ölkədəki hədəfləri vurduğunu təkzib edərək İordaniyanın hava hücumundan müdafiə sistemlərinin raketləri ələ keçirdiyini iddia etsə də, İsrailin 12 telekanalı İranın ABŞ mövqelərinə raket hücumları nəticəsində İordaniyada böyük partlayışlar baş verdiyini bildirib.