ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinə İran məsələsinə müdaxilə etməməsini xahiş etdiyini açıqlayıb.
 




Moderator.az xəbər verir ki,  ilk olaraq Amerikanın "NOTUS" nəşrinin yaydığı məlumata görə, Tramp bu barədə sentyabrın 4-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
 
“Si Cinpinə dedim ki, xahiş edirəm, İran məsələsinə qarışmayın”, – Tramp bildirib.
 
ABŞ lideri Çinin İran məsələsinə hazırda çox az müdaxilə etdiyini deyib. Onun sözlərinə görə, Pekin istəsə, bu məsələdə daha böyük rol oynaya bilər.
 
“Çin əslində bu məsələyə cəlb olunmayıb və çox az müdaxilə edir. Halbuki daha çox rol oynaya və müdaxilə edə bilərdi”, – Tramp qeyd edib.
 
Trampın sözlərinə görə, Çin İran neftinin əsas alıcılarından biridir. O, həmçinin Yaxın Şərqdə yeni neft kəmərlərinin inşa edildiyini və bunun Hörmüz boğazından asılılığı azaltmağa imkan verə biləcəyini bildirib.
 
Qeyd edək ki, Trampın açıqlaması Çin Prezidenti Si Cinpinin sentyabrın sonunda Vaşinqtona gözlənilən səfəri ərəfəsində səslənib. ABŞ və Çin arasında ticarət münasibətləri ilə yanaşı, Pekinin İranla iqtisadi və enerji əlaqələri də Vaşinqtonun diqqətindədir.


 



S.Laçın