İtlərin insanlarla ünsiyyəti yalnız quyruq və qulaq hərəkətləri, yaxud üz ifadələri ilə məhdudlaşmır. Alimlər müəyyən ediblər ki, onların göz qırpma tezliyi də sosial münasibətlərlə əlaqəli ola bilər.


Moderator.az “Daily Mail”ə istinadən xəbər verir ki, İtaliyanın Parma Universitetinin alimləri itlərin insan üzlərinə reaksiyasını araşdırıblar.






Təcrübədə 35 it iştirak edib. Heyvanlara insanların müxtəlif videoları göstərilib. Kadrlarda insanlar ya gözlərini qırpır, ya da gözlərini açıq saxlayaraq kameraya baxırdılar.


Araşdırma zamanı məlum olub ki, müşahidə edilmir. Lakin ekranda öz sahiblərini gördükdə daha tez-tez göz qırpmağa başlayırlar.


Tədqiqatçılar bu davranışın insanla it arasında yaranmış emosional və sosial əlaqə ilə bağlı ola biləcəyini düşünürlər.


Göz qırpmaq bioloji baxımdan göz səthinin nəmləndirilməsi və qorunması funksiyasını daşısa da, araşdırma göstərir ki, bu prosesə sosial amillər də təsir edə bilər.


Alimlər bunun itlərin sahiblərinə şüurlu şəkildə hansısa “mesaj” göndərməsi anlamına gəlmədiyini vurğulayırlar. Daha çox insanla heyvan arasında formalaşan şüuraltı sosial uyğunlaşmanın göstəricisi olduğu ehtimal edilir.