Prezident Vladimir Putinin müşaviri Anton Kobyakov “tarixi bölgələr”in Rusiyaya qaytarılmasının (işğalının - red.) davam edəcəyinə ümid edir.


Moderator.az xəbər verir ki, bu barədə o, Rusiya-Ukrayna müharibəsi ilə bağlı TASS-a danışarkən deyib.






Putinin müşaviri iddia edib ki, hazırda Rusiyanın tərkibində 89 federal subyekti var, bura “ana vətənin qoynuna qayıdan ərazilər” (Ukraynanın işğal olunmuş bölgələri - red.) də daxildir.


Kobyakov əlavə edib: “Ümid edirəm, bu qayıdış yalnız məlum regionlarla məhdudlaşmayacaq”.


Xatırladaq ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını, 2022-ci ildə isə Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaq edib. Bu bölgələrdən ancaq Krım və Luqansk tam işğal edilib. Zaman-zaman mediada və Rusiyanın müxtəlif şəxslərinin dilindən Kremlin Ukraynanın Nikolayev, Xarkov, Sumı, Odessa və Dnepropetrovsk vilayətlərinə də iddialı olduğu barədə fikirlər səsləndirilir.