Misli Premyer Liqasının IV turunda hazırkı çempion "Sabah" "Zirə"ni qəbul edib.






Moderator.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.


Qolları Velko Simiç (7), Coy Lens Mikels (13-p, 30, 57) və Kristian Nvaçukvu (51) vurublar.


Bu görüşdən sonra "Sabah" 9 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Zirə" ikincidir.


Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə səfərdə "Kəpəz"i (1:4) məğlub edib.