"Neftçi"nin "Şəfa" üzərində qazandığı qələbə Premyer Liqada liderliyi dəyişib.
Moderator.az xəbər verir ki, futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" öz meydanında "Şəfa"nı 4:1 hesabı ilə məğlub edib.
Bu qələbə ilə xallarını 9-a çatdıran "Neftçi" turnir cədvəlində liderliyə yüksəlib. Aktivində eyni xal olan "Sabah" və "Zirə" növbəti pillələrdə qərarlaşıblar.