Hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb. İlkin məlumata görə, rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli yüngül xəsarətlər alıb. O, təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tural Şabanovun vəziyyətinin stabil olduğu və tibbi nəzarət altında saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.