Moderator.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Turun son qarşılaşmasında isə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:15-də start götürəcək.
6 sentyabr
Misli Premyer Liqası
IV tur
18:00. "Turan Tovuz" - "Sumqayıt"
20:15. "Qarabağ" - "Araz-Naxçıvan"
Turun digər oyunlarının nəticələri:
“Qəbələ” - “İmişli” - 2:1
“Kəpəz” - “Şamaxı” - 1:4
“Neftçi” - “Şəfa” - 4:1
“Sabah” - “Zirə” - 5:0
Qeyd edək ki, aktivində 4 xal olan Tovuz təmsilçisi turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb. Rəqib "Sumqayıt" isə 0 xalla sonuncudur. Rəqiblərindən 1 matç az oynayan "Qarabağ" 6 xalla 4-cü, "Araz-Naxçıvan" isə 2 xalla 11-cidir.