Xəbər verdiyimiz kimi, dekabr ayının 28-də dünya şöhrətli sənətkar, Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olur. Əldə etdiyimiz məlumata görə qadın sənətkarın yubileyi dövlət səviyyəsində Heydər Əliyev adına sarayda qeyd olunacaq. Bəs görəsən yubiley gecəsinə Xalq artisti kimləri dəvət edib?
 




Moderator.az-a özəl açıqlama verən Xalq artisti Niyaməddin Musayev hələ ki, yubileyə dəvət olunmadığını bildirib:

“Maşallah olsun, Zeynəb xanım yaxşı qalıb. Məndə olan məlumata görə yubiley Heydər Əliyev adına sarayda qeyd olunacaq. Amma hələ ki, dəvət almamışam. Yəqin ki, vaxta çox var və zamanı gələndə dəvət edəcəklər. İnsandır da. Ola bilsin ki, heç yadına düşmədim. Nə aidiyyatı var ki?”.
 
Niyaməddin Musayevdən Zeynəb Xanlarova ilə əlaqələrinin olub-olmadığını da soruşduq:

“Zeynəb xanımla salam-sağolumuz var. Gündəlik telefonla danışmırıq. Amma bir-birimizi görəndə çox mehriban salamlaşırıq. Zeynəb xanım bizim dəyərli sənətkarımızdır. Allah onu qorusun”.