Tezliklə Rusiya ilə Ukrayna müharibəsində ciddi irəliləyişin olacağı ilə bağlı yaxşı xəbərlər olacaq.
Ölkə.az-ın məlumatına görə, bunu vitse-prezident C.D. Vens ABŞ-la Ukrayna arasında növbəti danışıqlar raundunun yekunu barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna arasında sülhün əldə edilməsində finiş xəttinə çatmasaq da, ümidlər var.
"Düşünürəm ki, ümid var. Növbəti həftələrdə bu cəbhədə yaxşı xəbərlər olacaq",- Vens qeyd edib.
O əlavə edib ki, Rusiya-Ukrayna münasibətləri Ağ Ev üçün daimi məyusluq mənbəyi olub.
ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında Milad ağacının yandırılması mərasimində çıxışı zamanı Rusiya-Ukrayna müharibəsinə toxunaraq deyib ki, Ukraynadakı müharibə səbəbindən on minlərlə əsgər ölür və buna son qoyulmalıdır. O əlavə edib ki, ABŞ bu məsələ üzərində işləyir: "Biz bunu dayandırmalıyıq. Bunun üzərində çox işləyirik. Rusiya və Ukrayna arasında nizamlanmanın başqa variantını axtarırıq. İnanıram ki, biz son nəticədə buna nail olacağıq".
Mürtəza
Etiketlər:
arasındaxəbərlərüzərindəukraynadakıtoxunaraqmüharibəsəbəbindənminlərləmüharibəsinəçıxışıyaxınlığındaağacınınyandırılmasımərasimindəqoyulmalıdırməsələmürtəzaaxtarırıqİnanıramolacağıqvariantınınizamlanmanınprezidentiişləyirdayandırmalıyıq
Bizim Youtube kanalımıza abunə olun