Üç yaşlı hindistanlı Sarvaqya Sinqx Kuşvaxa Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ən gənc üzvü olub.


Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, o, 3 yaş 7 ay 20 günlüyündə FIDE üzvlüyünə qəbul edilib.





Sarvaqya Sinqx Kuşvaxa bununla da həmyerlisi Aniş Sarkarın rekordunu qırıb. A.Sarkar 3 yaş 8 ay 19 günlüyündə ən gənc şahmatçı ünvanına yiyələnib.


Qeyd edək ki, Hindistanın Madhya-Pradeş ştatının sakini olan Sarvaqya Sinqx Kuşvaxa (1572) ölkəsində keçirilən bir sıra şahmat turnirlərində uğurla çıxış edib.






Etiketlər:
sarvaqyakuşvaxagünlüyündəştatınınhindistanınünvanınayiyələnibkeçirilənçıxışturnirlərindəşahmatçıölkəsindəsarkarınistinadənfederasiyasınınbeynəlxalqməlumatınaüzvlüyünəhindistanlıhəmyerlisirekordunu




Bizim Twitter səhifəmizə abunə olun