Avropa İttifaqı (Aİ) liderləri Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyanın ABŞ-dan təhlükəsizlik zəmanəti olmadan sülh nizamlanması tələbləri ilə razılaşmaya getməmək barədə çağırış ediblər.


Ölkə.az “Wall Street Journal”yə (WSJ)  istinadən xəbər verir ki,  belə bir məsələ dekabrın 1-də Ukrayna lideri ilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında telefon danışığı zamanı qaldırılıb. Makron bəyan edib ki, Kiyev Vaşinqtondan ABŞ-ın Ukraynanı necə qoruyacağına dair ətraflı izahat tələb edilməlidir.





“Der Spiegel”in yazdığına görə,  Fransa prezidenti deyib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı aydınlıq olmadan ərazi məsələsində Ukraynaya xəyanət etməsi ehtimalı var. 

Almaniya kansleri Merz isə deyib ki, Vaşinqtonla Moskva həm sizinlə və bizimlə oyunlar oynayırlar.


NATO baş katibi Mark Rutte də deyib ki,biz Ukraynanı və Vladimir Zelenskini bu uşaqlarla tək qoymamalıyıq.


Mürtəza






Etiketlər:
brüsseldən kiyevə çağırış




Bizim Twitter səhifəmizə abunə olun