Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.


Moderator.az xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.






Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.