İsrail Prezidenti İsxak Hersoq Səudiyyə Ərəbistanı ilə sülh sazişini bağlamaq arzusunda olduğunu bəyan edib.


Moderator.az xəbər verir ki, o bu barədə ABŞ-nin "Newsweek" jurnalına müsahibəsində deyib.






"Mən sülh tərəfdarıyam, məsələn, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudla sülh sazişi bağlamağı arzulayıram", - deyə İsrail prezidenti bildirib.


O qeyd edib ki, Ər-Riyadla münasibətlərin yaxşılaşması həm onun üçün, həm də bütün region üçün vacib hadisə olacaq.


Hersoqun sözlərinə görə, Yaxın Şərqin gələcəyi yəhudilər və müsəlmanlar arasında dialoqdan asılıdır.