Ukrayna münaqişəsinin həlli yaxın perspektivdə mümkündür.



Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Con Kennedi İncəsənət Mərkəzində - 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində bildirib.






“Mən səkkiz müharibəni dayandırmışam və doqquzuncu yaxınlaşır. Heç kim bunu etməyib”, – Tramp bildirib.




Dekabrın 4-də də o, Ukraynada münaqişənin həll olunacağına əmin olduğunu demişdi.