Fransadakı İl-Lonq hərbi bazası üzərində beş naməlum dron görünüb, ölkənin hərbi prokurorluğu araşdırmaya başlayıb.


Moderator.az xəbər verir ki, bu barədə "Agence-France-Presse" məlumat yayıb.






Məlumata görə, dronlar axşam saatlarında Fransa hərbi bazası üzərindən uçublar. Hərbi bazanı qorumaqdan məsul olan Dəniz Piyadaları Batalyonu dronları vurmağa cəhd edib.


Qeyd edək ki, Bretan yarımadasındakı İl-Lonq bazası 120 dəniz jandarmı tərəfindən qorunan strateji hərbi obyektdir. Bazada yerləşən sualtı qayıqlar nüvə silahı daşıyır.